» » 5 Oktyabr - Müəllimlər Gününə həsr olunmuş intellektual yarış yekunlaşıb


5 Oktyabr - Müəllimlər Gününə həsr olunmuş intellektual yarış yekunlaşıb

Biləsuvar Gənclər evinin təşəbbüsü və təşkilatçılığı ilə müəllimlər arasında 5 Oktyabr - Müəllimlər Gününə həsr olunmuş intellektual yarışın final mərhələsinin oyunları başa çatıb.

"Bilesuvarinfo"
xəbər verir ki, Biləsuvar Gənclər evinin direktoru Vəkil Cəfərli açılış nitqi ilə çıxış edərək qarşıdan gələn Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik etdi və müəllimliyin nə qədər əziyyətli, eyni zamanda şərəfli peşə olduğunu bildirərək onlara gələcək şəxsi və akademik həyatlarında uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini Ləman Yüzbaşova müəllimləri əlamətdar gün münasibətilə təbrik etdi və öz çıxışında müəllim adının ucalığından, hər kəsin təlim-tərbiyəsində müəllimlərin böyük rolundan bəhs edib.

Şirvan-Salyan regional təhsil idarəsinin Biləsuvar təhsil sektorunun müdiri Mehman Əliyev, Biləsuvar rayon Gənclər və İdman idarəsinin rəisi Azad Quliyev və Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbin direktoru Elşən Ağazadə 5 Oktyabr - Müəllimlər Günü ilə bağlı öz təbriklərini çatdırdılar və yarışda iştirak edən müəllimlərə uğurlar arzu ediblər.

Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən aşağıda adları çəkilən komandalar qələbə qazandılar: 

•Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb-Bağça Kompleksi;
•Ağayrı kənd tam orta məktəbi;
•İsmətli kənd tam orta məktəbi.

İntellektual yarışın sonunda qaliblər Biləsuvar Gənclər evinin diplomları və hədiyyələrlə təltif edildilər, həmçinin Biləsuvar Gənclər evinin ümumi işinin təşkilindəki fəaliyyətlərinə görə Şirvan-Salyan Regional Təhsil idarəsinin əməkdaşı Nuridə Astanovaya Biləsuvar Gənclər evinin təşəkkürnaməsi təqdim edilib.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR