» » Vətən müharibəsi şəhidlərinin ildönümləri qeyd olunub


Vətən müharibəsi şəhidlərinin ildönümləri qeyd olunub

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Biləsuvar rayonunun Əsgərabad kəndindən olan  şəhid Hüseynli Fariz Dadaş oğlunun və Ağalıkənd kəndindən olan şəhid Bayramov Osman Zeyqəm oğlunun şəhadətlərinin ikinci ildönümləri qeyd olunmuşdur.

"Bilesuvarinfo" xəbər verir ki, mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, RİH-i başçısının birinci müavini Azər Cəfərli, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak edərək şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb, ruhlarına dualar oxuyub və valideyinlərinə başsağlığı veriblər.

Allah rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan