» » Bu gün 6 şəhidə Vətən torpağı qucaq açıb - VİDEO


Bu gün 6 şəhidə Vətən torpağı qucaq açıb - VİDEO

 
Bugünki tarix Biləsuvar rayonunda, 6 şəhidə Vətən torpağının qucaq açdığı gündür.

“Bilesuvarinfo” xəbər verir ki, Vətən müharibəsi  şəhidlərimizin anın günü münaisbətilə, onların doğulub, boya-baş çatdığı ata ocaqları və məzarları ziyarət olunmuş, müqəddəs ruhlarına dualar oxunub. Ziyarətdə rayon rəsmiləri, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının fəalları və rayon  içtimaiyyətin digər nümayəndələri iştirak edib.

Şəhidlərin anım günündə çıxış edən, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov və başqaları Vətən müharibəsində ölməz qəhrəmanlıq dastanı yazan şəhidlərimizin əziz xatirəsinin daima xatırlanacağını bildirmişlər. Vurğulanmışdır ki, Azərbaycan dövləti beynəlxalq hüququn bütün imkanlarından istifadə edib, torpaqlarımızın ərazi bütüölüyünün bərpasına çalışdı. Dəfələrlə beynəlaxalq təşkilatlar qarşısında qarşısında məsələ qaldırdı, haqq yolunda olduğumuzu bəyan etdi: tarixi Azərbaycan torpaqları özünə qaytarılmalıdır!. Ancaq düşmənlə sülh yolu danışmağın sonu da olmalı idi,  indi  dünya xalqları arasında başımızı dik tuta bilirik ki, Şanlı ordumuz əsgərləri 30 illik ədalətsizliyə son qoyub.   
Qeyd edək ki, şəhidlərimiz - Astanlı İqbal İlqar oğlu Biləşuvar şəhərinin sakinidir.  Babayev Elməddin Cəfərqulu oğlu və Məmmədzadə Kamran Füzuli oğlu rayonun Çaylı kəndindəndir. Xosizadə Müşfiq Zakir oğlu Günəşli, Eynullayev Rövşən Elşən oğlu Nərimankənd və Quluzadə Məhəmməd Cəlal oğlu isə rayonun Bəydili kəndində anadan olan qəhrəmanlarımızdır. Onların hər biri Vətən torpaqlarının azadlığı uğurunda göstərdikləri rəşadətlərə görə Müzəffər Ali Baş Komandan tərəfindən müxətlif orden və medallarla təltif olunub.

Allah rəhmət eləsin! 


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan