» » Təzəkənd köhnə problemini yaşayır


Təzəkənd köhnə problemini yaşayır

Suya təlabatın azaldığı vaxtda içməli suyu yenə də pulla alırıq. 

"Bilesuvarinfo"ya
müraciət edən Təzəkənd kəndinin sakinlərinin sözlərinə görə, əkin sahələrinin suvarma mövsümü başlayandan sudan korluğu yenə çəkirik. Məişət və təsərrüfatda istifadə olunan içməli suyu maşınla gətirdirik.

"Bilirdik su qıtlığı var, əkin sahələrimizi tam suvara bilmirik. Elə əkinlərimiz sudan korluq görməsi məhsuldarlığa mənfi təsir göstərdi." Bunu deyən təzəkəntlilər bildirir ki, bəs  Biləsuvar rayon Suvarma Sistemləri idarəsi indi niyə suyun verilməsini  təmin edə bilməsin?. 

"Bilesuvarinfo" ya idarədən bildirildi ki, bu problemlə bağlı Cənub Muğan kanalı istismar idarəsin müraciət edək. Həmin idarədən isə bildirildi ki, Araz çayında suyun səviyyəsi kəskin azaldığı üçün bu problem yaranıb: "Yaxın vaxtlarda problem həll olunacaq".
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan