» » Anım Günü Mübariz İbrahimov adına liseydə qeyd olunub


Anım Günü Mübariz İbrahimov adına liseydə qeyd olunub

27 sentyabr - Anım Günü münasibətilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində tədbir keçirilib. 

"Bilesuvarinfo"
xəbər verir ki, tədbirdə şəhidlər anılıb, II Qarabağ müharibəsindən, müharibə iştirakçılarının şücaətindən və qəhrəmancasına Vətən uğrunda canlarını fəda etməsindən bəhs olunub.

Daha sonra Kompleks şagirdləri tərəfindən hazırlanan “Anım Günü” adlı bədii hissə təqdim edilib.

Tədbirin sonunda çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov və Kompleksin icraçı direktoru Aqşin Bağırov öz çıxışlarında 44 günlük şanlı tarixdən və bu tarixi yazanlardan bəhs ediblər.

Tədbir Kompleksin Tarix kafedrasının rəhbəri Natiq Cavadovun, Azərbaycan dili kafedrasının rəhbəri Rövşən Adıyevin və riyaziyyat müəllimi, II Qarabağ şəhidi Rahət İsayevin əmisi İlqar İsayevin çıxışları ilə davam edib.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan