» » Anım günü ilə bağlı ümumrayon tədbiri keçirilib - Foto, Video


Anım günü ilə bağlı ümumrayon tədbiri keçirilib - Foto, Video

Biləsuvarda 27 sentyabr- Anım günü ilə bağlı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ümumrayon tədbiri keçirildi. 

"Bilesuvarinfo"
xəbər verir ki, Biləsuvar rayonunun Mərkəzi Parkında torpaqlarımızın azadlığı uğrunda aparılan savaşda şəhid olmuş igid vətən oğullarının və qızlarının  Anım Günü qeyd olundu.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq-mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, idarə, müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri  iştirak edərək torpaqlarımızın azadlığı uğrunda canından keçmiş həm Birinci Qarabağ müharibəsi, həm də  Vətən müharibəsi şəhidlərinin əziz xatirələrini yad etdilər.

Anım günü tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və digərləri çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərimizdən bəhs ediblər. Bildirilib ki, 44 gün davam edən və qalibiyyətlə başa çatmış hərbi əməliyyatlar nəticəsində şanlı ordumuz mənfur düşməni darmadağın etməklə uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə öz gücünü bütün dünyaya nümayiş etdirdi.Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. 

Tədbirdə qeyd olundu ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əziz qalacaq və onların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnək olacaqdır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən  şəhidlərin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir insanın vətəndaşlıq borcudur.Bu şanlı tarixi Qələbəyə öz töhfəsini verən şəhidlərimizin xatirəsi daim qəlblərdə yaşayacaqdır.

Tədbirdə şəhidlərimizə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olundu.


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR