» » » Şəhidlərin xatirələri yad edildi


Şəhidlərin xatirələri yad edildi

Bu gün  Qarabağ müharibəsi şəhidləri - Behbudov Cəmil Həbulla oğlunun anım və Əzizli Elnur Şahin oğlunun isə doğum günüdür.
“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar rayonunda şəhidlərimizin anım və doğum günləri münasibətilə tədbirlər keçirilib. Mərasimlərdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, RİH-i başcısı aparatının şöbə müdiri Zamiq Mənsimli, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəis müavini Vasif   Rzayev, 66 saylı Biləsuvar Seçki Dairəsi Deputatının köməkçisi Əfsun Əlizadə və Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Biləsuvar rayon təşkilatının sədri Bəhruz Əliyev və digər qonaqlar iştirak edib.

Ziyarət iştirakçıları çıxışlarında birinci Qarabağ müharibəsində canını Vətənə fəda edən  Behbudov Cəmil Həbulla oğlunun və Vətən müharibəsi şəhidi Əzizli Elnur Şahin oğlunun və şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edilib. Rayon rəsmiləri şəhid valideyinlərinə başsağlığı verib, onların  qayğı və problemləri ilə maraqlanıb. Daha sonra, Biləsuvar şəhər qəbirsitanlığında şəhidlərin məzarları ziyarət olunub.

Qeyd edək ki, şəhid Cəmil Behbudov 8 mart 1977 – ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Orta məktəbində təhsilini başa vurub, 10 yanvar 1997- ci ildə Azərbaycan Milli Ordu sıralarına həqiqi hərbi xidmətə yollanıb. 4 avqust 1998-ci ildə Füzulidə düşmənlə üzbəüz döyüş zamanı qəhrəmancasına döyüşərək yaralanıb və sentyabr ayının 25-də şəhid olub.

Azərbaycan Ordusunun  müddətdən artıq hərbi qulluqçusu olan şəhid Elnur Əzizli 25 sentybar 2000-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. O, II Qarabağ müharibəsində döyüşlərdə şücaət göstərib və Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Allah rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR