» » » “Bu bayrağı qoruyun, məndən yadigar qalsın.”


“Bu bayrağı qoruyun, məndən yadigar qalsın.”

Bu gün şəhid Cəmil Behbudovun şəhadətə yüksəldiyi gündür.

“Bilesuvarinfo” xəbər verir ki, Behbudov Cəmil Həbulla oğlu 1977-cilin 26 fevralında Biləsuvar şəhərində zəhmətsevər bir ailədə anadan olub. Böyüdüyü ailədə, özündən böyük 6 bacı və 2 qardaşı var. Ailənin sonbeşiyi olması, onu bacı-qardaşların sevimlisi etmişdir.
Bu günlərdə şəhid qardaşı Cəlal  söhbətində Cəmilli xatirələri yada salarkən deyir: “Heç bilmədik  Cəmil hacan böyüdü, məktəbi başa vuranda hərbi xidmətə gedəcəyi günü səbirsizliklə gözləyirdi. Vətəninin keşiyində xidmətdə durmaqdan fəxarət hissi keçirirdi. Sonuncu dəfə, məzuniyyətə gələndə xidmətini baş vurmasına 3 ay qalmışdı. Özüylə üçrənli bayrağımızı, bir necə qeyd kitabcasın da gətirmişdir. Sanki şəhid olacağını bilirmiş kimi, gedərkən xəlvətçə mənə deyir:  “Bu bayarğı qoruyun, məndən yadigar qalsın.”. Biz indi bu bayraqdan qardaşımızın qoxusunu alırıq."
Cəmil vətənə olan xidmətini cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə keçirib. Əsgər yoldaşları onun vətənpərvər bir oğul olmasından bu gün ağız dolusu danışır. 1998 –ci ilin 25 sentyabırında  Füzuli rayonunun  Alxanbəyli kəndində, Cəmilin də xidmətdə olduğu mövqeyimiz növbəti düşmən təxribatı ilə üzləşir. Bu döyüşdə Cəmil döyüş yoldaşlarını xilas edərək, özü şəhadətə yüksəlib.

Doğma övlad həsrətinə dözə bilməyən, gözü yaşlı Xanımbala ananın gözləri tutulub, bir il sonra həsrətilə qəlbi döyünən şəhid övladına qovuşub.

Allah rəhmət eləsin!.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR