» » » “Fermerlərin pambıq əkininə marağı daha çoxdur”


“Fermerlərin pambıq əkininə marağı daha çoxdur”

 “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar “P-Aqro” MMC  fermerlərə yaxından dəstək olunur. 2018-ci ildə 24 min hektar torpaq sahəsində pambıq əkilmiş, 36 min tondan çox xam pambıq tədarük edilmişdir. Biləsuvarda bu sahənin inkişafınada yaxında iştirak edən şirkətimiz cari ildə suvarmada yaranan çətinliklərin  aradan qaldırılmasında da yaxınadan iştirak edib.


“P-Aqro” MMC Biləsuvar filialının müdürü Şakir Soltanov “Bilesuvarinfo” ya bu hadqa danışarkən bildirmişdir ki, suvarma prosesində  su qıtlığı səbəbindən yaranan çətinliklərin aradan götürülməsi üçün mümkün bütün imkanlar səfərbər olundu. Bununla belə, birinci vegetasiyada əkin sahələrimizin hamısın, ikincidə 1345 hektarı, üçüncü vegetasiya müddətində isə 71 hektarını suvarmaq mümkün olub. 

Bu il tərəfimizdən 1500 ha sahədə pambıq əkini üçün müqavilələr bağlanılmışdır. Pambıq əkən 330 fermerimizə sahələrdə əkin üçün  şum, mala kultivasiya, baraza işlərinin aparılması üçün texnikalarla vaxtlı-vaxtında təmin olunub. Becərmə prosesində yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Mülkiyyətçilərə torpağın əkinə hazırlanması və əkinin becərilməsinə ümumilkdə bu günədək xərclədikləri 787, 995 min manat vəsait şirkət tərəfindən onlara avans olaraq ödənilib. Bir sözlə pambıq əkini və becərilməsində maddi dəstək və texnika baxımından deyərim ki, heç bir çətinlik yoxdur. Elə mülkiyyətçilərimiz də, əkinə daha yaxşı qulluq edib, hər il daha çox məhsul bolluğuna  çalışır. Onlardan: Ağalıkən kəndindən - Dilavər Mahmudovun, Əsgərabad kəndindən - Rüstəm Əzizovun, Amankənddən Alim Allahverdiyevin, Biləsuvar  şəhərində Feyzi Feyziyevin və adlarını çəkə biləcəyimiz onalarla digər mülkiyyətçilərimizin pambıq tarlasından 50 sentinerdən yuxarı məhsul gözlənilir.

Bu gün tam əminliklə demək olar ki, dövlətin mülkiyyətçilərə göstərdiyi qayğı insanlarda məhsul bolluğu uğurunda mübarizəyə həvəsləndirib. Qlobal su qıtlığının ölkəmizdə də əkinçiliyə mənfi təsirlərini nəzərə almasaq, bu gün mülkiyyətçilər pambıqçılığın inkişafında hədsiz maraqlıdır. Yeni toxum sortlarını əkilərkən, hansının daha effektli olmasını diqqətdə saxlayır, bunu öz sahələrində əkirlər. Son illər Türkiyənin “Lazer” , “Ba- 1010”, “Piona 80” pambıq sortlarının görüb, bu il daha çox sahədə əkiblər. Həmçinin susuzluğa davamlı “Lados” pambıq sortunun əkini bu il 600 hektara çatdırılıb. Həmçinin torpaq sahibləri kökdənkənar yemləmənin bitkinin bar orqanlarının inkişafında xüsusi rolunu təcrübədən çıxartıqlarından, bu qulluğa da önəm veriblər.

Hal- hazırda mexanizatorlarımız mövcud 8 kobaynı yığıma hazır vəziyyətə gətirib. 29 traktor, 52 qoşqusuda var ki, yığıım prosesində təlabatı tam ödəyir. Sahələrin kənarları hamarlanır ki, texnikalar rahat hərəkət edə bilsin. Digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Artıq pambıqyığan maşınla məhsulun toplanacağı sahələrdə defolvasiya işlərinə başlanılıb.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR