Doğum günündə Vətən müharibəsi şəhidinin xatirəsi anılıb » Yerli İnformasiya Agentliyi
» » » Doğum günündə Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Doğum günündə Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Sentybar ayının 16 – sı Biləsuvar şəhərində İkinci Qarabağ müharibəsi şəhidi Qədirli İsmayıl Elçin  oğlunun doğum günü ilə əlaqədar xatirəsi anılıb.

"Bilesuvarinfo"
xəbər verir ki, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, RİH-i Başcısı aparatının şöbə müdiri Zamiq Mənsimli və SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəis müavini Vasif Rzayev Vətənimizin müdafiəsi uğrunda öz canından keçən şəhid Qədirli İsmayıl Elçin oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər. 

Ziyarətçilər şəhidin atası Elçin Hüseynovla görüşərək şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib. Ziyarət iştirakçıları şəhid atasına başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildirib, qayğı və problemləri ilə maraqlanıblar.
Daha sonra ziyarətçilər atası ilə ilə birlikdə   şəhid Elçin Qədirlinin məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.
Şəhidin atası göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqını ifadə edib.

Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Qədirli İsmayıl Elçin oğlu 16 sentyabr 1998 – ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. 2004-2015 – ci illərdə Biləsuvar şəhər N.Gəncəvi adına 1 saylı tam orta məktəbdə oxumuşdur. 2017-2018 – ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində könüllü olaraq iştirak edib, döyüşlərdə şücaət göstərib və Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 28 oktyabr 2020 – ci ildə Biləsuvar şəhər qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Qədirli İsmayıl Elçin oğlu ölümündən sonra   “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan