Pambıqçılıqda hansı yenilikər var? » Yerli İnformasiya Agentliyi
» » » Pambıqçılıqda hansı yenilikər var?

Pambıqçılıqda hansı yenilikər var?

Azərbaycanda son illərdə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün tətbiq olunan güzəştlər pambıqçılığın inkişafını yeni mərhələyə yüksəldib. Bu sahəyə investisiyaların cəlb olunması respublikamızın digər pambıqçılıq rayonlarında olduğu kimi, Biləsuvarda da pambıq istehsalına marağı artırıb.

“Bilesuvarinfo” xəbər verir ki,  cari ilin məhsulu üçün biləsuvarlı fermerlər rayonda mövcud olan 4 şirkətlə bağladığları müqavilələrə əsasən 7442 ha sahədə pambıq əkini aparıb. Fermerlərin məhsuldarlıqda gözləntiləri böyükdür. Məhsul yığımı  ərəfəsində, ölkə Prezidentinin müvafiq sərəncamı ilə məhsulun alış qiymətinin artırılmasını zəhmət adamları yeni mövsümdə onların zəhmətinə verilən dəyər kimi qiymətləndirir.

Rayonada istehlakçı müəssisələrdən olan "MKT Biləsuvar" filalı hazırda məhsulun toplanılmasına hazırlaşır. Müəssisənin ərazizində yeni abadlıq, quruculuq işləri görülür: “Ağ qızılın” vurulacağı taya yerləri, elavatorlar hazır vəziyyətə gətirilib. 7 ədəd olan pambıqyığan kombaynların hansında texniki çatışmamazlıq varsa,  mexanizatorlar aradan qaldırır. Bu müasir kombayınlarla sahələdən fasiləsiz toplanacaq məhsulun operativ daşıması üçün  traktor  və qoşquları kifayət qədərdir. Texnikaların saxlanıldığı talvarın yararsız dam örtüyünün yenidən qurulması texinkaların saz qalmasınada əhəmiyyətli olacaq.

Yuxarıda deyilənlər haqqında danışan, şirkətin baş aqranomu Hikmət Kərimov yeni mövsümdə tarlalardan məhsuldarlığı artırmaqla bol məhsulun əldə olunması  üçün görülən işlərdən danışarkən qeyd etmişdir:

- Bu il 1550 hektar sahədə pambıq əkini aparmışıq. Suvarma suyu qıtılığı səbəbəndən ötən illə ( 3400 ha olub) müqayisədə az hektarda pambıq əksək də, əkinə aqrotexniki qaydalara tam əməl edilərək, tarlalarda bol məsul yetişdirilib. Bu il məhsuldarlıq 30 sentnerdən yuxarı (ötən il 24 sentner) gözlənilir. Əgər əkinimizin 900 hektarının suvarilmasında yaranan geçikmələr olmasaydı  məhsuldarlıq bir qədər də artıq olardı.  

Son illər ölkəmizdə pambıqçılığın inkişafı üçün yaradılan şərait imkan vermişdir ki,  fermerlərə yaxından dəstək olaq. Belə ki, tərəfimidən bu il 394 nəfər fermerə əkin, becərmə, suvarma işlərinə və minaral gübrələrin alınması üçün ümümilkdə 1 mil.837 min manat vəsait dotasiya olaraq ayrılıb. Onlar  yaranmış imkanlardan səmərəli istifadə edərək, bol məhsulun əldə olunmasına nail olub. Xüsusilə olaraq,  daha yüksək məhsul rayonun Nəsimikənd, Ağalıkənd, Amakənd və Günəşli kəndlərindən olan fermerlərimizin sahələrində var. Hətta bəzi sahələrdən 50 sentnerdən də artıq məhsulun götürüləcəyi şübhəsizdir.

Əkin üçün yeni, “BA -1010”, “BA – 440”, “May” və “Ceyhan” məhsuldar və susuzluğa davamlı sortlara üstünlük verilib. Yazda havaların qeyr – sabit keçməsi əkin prosesini bir qədər yubatdığından,  sahələrdə pambıq kollarından yarpağın tökülməsi üçn defolvasiya işlərinə yenicə başlanılıb. Qısa müddətdətdən sonra “ağ qızıl”ın kütləvi yığımına başlanılacaq.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan