» » Şəhid Məhəmməd Məmmədov torpağa tapşırılıb


Şəhid Məhəmməd Məmmədov torpağa tapşırılıb

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən  qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun giziri Məmmədov Məhəmməd Bilal oğlu dəfn edilib. 

"Bilesuvarinfo
" xəbər verir ki, şəhid M. Məmmədov böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun Ağalıkənd kəndində torpağa tapşırılıb. 

Dəfn mərasimində rayon rəsmiləri, hüquq mühafizə orqanlarının rəhbərləri,  rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, kənd sakinləri və şəhidin doğmaları iştirak ediblər. 

Şəhidin tabutuna çəkilmiş Azərbaycanın üçrəngli bayrağı onun atasına təqdim olunub.

Qeyd edək ki, şəhidimiz 1995-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub, 2020-ci ilin iyul ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlayıb.
2021-ci ilin dekabr ayından isə Azərbaycan ordusunda gizir rütbəsində çalışırdı.

Şəhidimiz subay idi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan