Biləsuvar daha bir şəhid verdi - Məmmədov Məhəmməd Bilal oğlu » Yerli İnformasiya Agentliyi
» » Biləsuvar daha bir şəhid verdi - Məmmədov Məhəmməd Bilal oğlu

Biləsuvar daha bir şəhid verdi - Məmmədov Məhəmməd Bilal oğlu

Ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatda şəhid olan hərbçilərdən biri də Məhəmməd Məmmədovdur.

"Bilesuvarinfo" xəbər verir ki, Məmmədov Məhəmməd Bilal oğlu 15 dekabr 1995-ci ildə Ağalıkənd kəndində anadan olub. 2020 - ci ilin iyul ayında ermənilərin çəbhədəki təxribatından sonra düşmənə qarşı artan nifrəti onu ordu sıralarına gətirib. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlayıb.

2021-ci ilin dekabr ayından Azərbaycan ordusunun komando qüvvələrində  gizir rütbəsində çalışırdı.

Şəhid M. Məmmədov subay idi.

Qeyd edək ki, Şəhidimizin sabah doğma kəndinə gətirilərək, torpağa tapşırılacağı deyilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan