Doğum günlərində şəhidlərimiz anıldı » Yerli İnformasiya Agentliyi
» » » Doğum günlərində şəhidlərimiz anıldı

Doğum günlərində şəhidlərimiz anıldı

Biləsuvar rayonunda,  doğum günləri bir günə təsaadüf edən şəhidlər - Tacəddin Quliyev və Ruslan Qurbanov anılıb.

“Bilesuvarinfo” xəbər verir ki, I və II  Qarabağ müharibələrində Vətən torpağının azadlığı uğurunda çanlarını fəda edən bu şəhidlərimizin anım mərasimlərində Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon Polis Şöbəsinin rəisi Nəsib Məmmədov, SHXÇDX-nın Biləsuvar rayon Şöbəsinin rəisi Nağı Cəfərov, Biləsuvar RİH-i Başcısı aparatının şöbə müdiri Zamiq Mənsimli, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak edib.
Təzəkənd və Ağalıkənd kəndindlərində olan rayon rəsmiləri, müharibə veteranları ilə birgə şəhidlərimizin doğmaları ilə görüşüb, şəhid ailələrinin qayğıları ilə maraqlanıb. Kənd qəbirstanlıqlarında olan qonaqlar şəhid məzarlarını ziyarət edib, onların əziz xatirələri yad olunub. Ziyarətlər zamanı şəhidlərimizin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib. 
 Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Quliyev Tacəddin Allahverdi oğlu 07 sentybar 1975-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. 1993-cü ildə hərbi xidmətə çağrılmış, Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 27 aprel 1994-cü ildə Təzəkənd kənd qəbiristanlığında dəfn olunub.

II Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, şəhid Qurbanov Ruslan Üzeyir oğlu isə Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarının MAHHXHQ - si olub. Ruslan Qurbanov 07 sentybar 1991-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Vətən müharibəsində döyüşlərdə  Murovdağ yüksəkliyi uğurunda döyüşdə şücaət göstərib  şəhid olmuş, 02 oktyabr 2020- ci ildə Ağalıkənd kənd qəbiristanlığında dəfn olunmuşdur.

Şəhid Ruslan Qurbanov “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” və medalları ilə təltif edilib. 
Şəhidimizin atası Üzeyir Qurbanov I Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranıdır.

Allah Şəhidlərimizi rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan