» » Pambıqyığan kombaynlarda təhlükəsizlik qaydaları ilə bağlı təlim keçirilib


Pambıqyığan kombaynlarda təhlükəsizlik qaydaları ilə bağlı təlim keçirilib


Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Salyan, Sabirabad, Neftçala və Biləsuvar rayonlarında pambıq yığımına hazırlıqla bağlı texniki təminatın mövcud vəziyyətinin monitorinqi aparılıb və “Pambıqyığan kombaynlarla işləyərkən təhlükəsizlik qaydaları” mövzusunda mexanizatorlar üçün təlim keçirilib.

"BİLESUVARİNFO.AZ" xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin əməkdaşları, Salyan, Sabirabad, Neftçala və Biləsuvar rayonlarının Dövlət Aqarar İnkişaf Mərkəzinin əməkdaşları, “Aqroservis” ASC-nin yerli bölmələrinin əməkdaşları və pambıqçılıq şirkətlərinin mütəxəssisləri iştirak ediblər.


Monitorinqin və təlimin məqsədi cari ildə “Aqroservis” ASC-yə və pambıqçılıq şirkətlərinə məxsus pambıq yığımında və daşınmasında istifadəsi nəzərdə tutulan kənd təsərrüfatı texnikalarının mövcud vəziyyətinin müəyyən edilməsi, pambıqyığan kombaynlarla işləyərkən təhlükəsizlik qaydalarına əməl edilməsi, yanğın təhlükəsizliyinə qarşı müvafiq tədbirlərin görülməsi və bu sahədə mexanizatorların təlimatlandırılmasıdır. Tədbir zamanı pambıqyığan kombaynlara baxış keçirilib və mexanizatorlara müvafiq tövsiyələr verilib.


Təlimlərin respublikanın digər pambıqçılıq rayonlarında da keçirilməsi nəzərdə tutulur.

            Biləsuvar DAİM
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR