» » Mirbəşir ağanın məqbərəsinin açılışı oldu


Mirbəşir ağanın məqbərəsinin açılışı oldu

Biləsuvarda sadəliyi, nəcibliyi və xeyirxah əməlləri ilə tanınmış Mirbəşir ağanın məqbərəsinin açılışı olub.

"Bilesuvarinfo" xəbər verir ki, rayonun Nəsimi kəndin kənd qəbiristanlığında tikilən məqbərənin açılışında rayon içtimaiyyətinin nümayəndələri və digər yerlərdən gələn qonaqlar iştirak edib.

Mərasimdə öncə Mirbəşir ağanın    doğma ocağında ehsanat verilmiş, qonaqlar, din xadinləri onun xeyirxah əməllərindən, həyat fəaliyyətindən söhbət açıb. 

Nəsimikənd kəndinin qəbiristanlığında ağanın  məqbərəsinin açılışını edib, məzarını ziyarət edən ruhanilər onun ruhuna dualar oxuyub. Haqqında Seyid Süleymanın yazdığı şeir müəllif tərəfindən səsləndirilib. 

Allah rəhmət eləsin !.

Qələmə aldı :Tarix Vüsallı

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan