» » Azərbaycan Ordusunun hərbçisi həlak olub - RƏSMİ


Azərbaycan Ordusunun hərbçisi həlak olub - RƏSMİ

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş yol qəzası nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlu həlak olub.

Bu barədə "Bilesuvarinfo"ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
"Nazirliyin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan