» » Çamelidə Atatürk okulunu ziyarət ediblər


Çamelidə Atatürk okulunu ziyarət ediblər

Türkiyəyə səfər çərçivəsində Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı və onun rəhbərlik etdiyi nümayəndə heyəti Çamelinin qardaş məktəbi olan Atatürk okulunu ziyarət edib.

“Bilesuvarinfo” xəbər verir ki,  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun rəhbərlik etdiyi nümayəndə heyəti öncə Türkiyə Respublikasının Dənizli vilayətinin Çameli Kaymakamlığına gələrək Kaymakam Kərəm Yenigün ilə görüşüb.
Görüşdə Faiq Qübətov bildirib ki, eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olan Azərbaycan və Türkiyə xalqları arasında əlaqələr iki qardaşın bağlılığı qədər yaxındır. O, qeyd edib ki, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətlərinin inkişafından istifadə edərək rayonlarımız da qarşılıqlı olaraq bütün sahələrdə dostluq və tərəfdaşlıq münasibətlərindən bəhrələnəcək. 

Görüşdən sonra nümayəndə heyəti Çamelinin qardaş məktəbi olan Atatürk orta okulunu ziyarət edib. Burada məktəb kollektivinin hazırladıqları bədii proqram nümayiş olunub. Məktəbin fənn kabinetləri ilə tanış olduqdan sonra geniş fikir mübadiləsi aparılıb. 

Qonaqlara hədiyyələr təqdim olunduqdan sonra, qardaşlıq əlaqələrin qurulması münasibətilə ağac əkilərək, xatirə şəklləri çəkdirilib.

Qeyd edək ki,  Türkiyə nümayəndə heyətinin cari ilin mayında Biləsuvar rayonuna rəsmi - işgüzar səfəri çərçivəsində, Milli Qəhrəman Mübariz İbrahimovun təhsil aldığı, Biləsuvar rayonu Malik Piriyev adına Əliabad tam orta məktəbi ilə Çameli Atatürk okulu arasında qardaşlaşma protokolu da imzalanıb. 

Əvvələ qayıt:
http://bilesuvarinfo.az/834-eliabad-mektebi-ile-cameli-mektebi-qardaslasib.html

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan