» » YAP Biləsuvar rayon təşkilatında tədbir keçirildi


YAP Biləsuvar rayon təşkilatında tədbir keçirildi

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı rayonun Heydər Əliyev Mərkəzində ərazi partiya təşkilat  nümayəndələrinin  iştirakı ilə yığıncağ keçirib. 

"Bilesuvarinfo"
xəbər verir ki, tədbirdə YAP rayon təşkilatının sədri Kamil Qurbanlı, rayon təşkilatı aparatının əməkdaşları və ərazi partiya təşkilat sədrlərinin bir qrupu iştirak edirdi.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı cari ilin ötən dövrü ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə məlumat verdi. O, çıxışında ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisə və proseslərdən, partiyanın ötən dövr ərzində qazandığı uğurlardan və  artan nüfuzundan bəhs etdi. Bildirdi ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş  müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisinə nail olmaqdan ötrü  həyata keçirilən daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla icra olunur.

Yeni Azərbaycan  Partiyasının   dövlətçiliyimizin   inkişafındakı   xidmətlərindən danışan K.Qurbanlı VII Qurultaydan ötən dövr ərzində  partiyanın yeni Proqram və Nizamnaməsinin  tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısında qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən söz açdı. 

Qurultaydan ötən dövr ərzində Rayon təşkilatında həyata keçirilmiş tədbirlərin və görülmüş işlərin nəticəsi olaraq nailiyyətlər əldə olunmaqla yanaşı, nöqsan və çatışmazlıqlarında mövcud olduğunu bildirdi. K.Qurbanlı YAP rayon təşkilatının qarşısında duran vəzifələr və bu vəzifələrin icrasından ötrü həyat keçirilməli olan tədbirlər barədə danışdı. Səmimi diskussiya şəraitində keçən yığıncaq, iştirakçıların çıxışları ilə davam etdirildi.

Tədbirdə cari məsələlərədə münasibət bildirildi.

Tədbirin sonunda yığıncaq iştirakçılarına gələcək siyasi fəaliyyətlərində uğurlar arzu edildi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan