» » Yay düşərgəsinə start verilib


Yay düşərgəsinə start verilib

12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə yay düşərgəsinə start verilib.

"Bilesuvarinfo" xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Biləsuvar rayon İcra Hakimiyyətinin təşəbbüsü, Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin, GİKM-ın Biləsuvar nümayəndəliyinin, Gənclər Evinin, Biləsuvar Yeniyetmə və Gəncləri İB-nin birgə təşkilatçılığı ilə rayon mərkəzi parkında 12 avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş uşaq və yeniyetmələr üçün yay düşərgəsinə start verilib.

Düşərgə çərçivəsində uşaq və yeniyetmələrin asudə vaxtını səmərəli təşkil etmək üçün  “Kod Da Vinçi” oyunu, voleybol yarışı, müxtəlif enercayzerlər, interaktiv təlimlər təşkil edilib. Eyni zamanda gənclərin fiziki sağlamlığı üçün vacib olan idman nümunələri nümayiş etdirilib.

Sonda isə bir qrup gəncin iştirakı ilə çərpələnglər havaya qaldırılıb.


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR