» » Sənan Mənsimli internat məktəbində aparılan tikinti ilə tanış olub


Sənan Mənsimli internat məktəbində aparılan tikinti ilə tanış olub

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və Biləsuvar rayonu üzrə Təhsil sektorunun müdiri Mehman Əliyev Biləsuvarda tikintisi aparılan, K.Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin yeni binası ilə tanış olub.

Regional Təhsil İdarəsindən "Bilesuvarinfo"ya verilən məlumata görə, orada mövcud vəziyyət, aparılan təmir işləri ilə tanış olublar.

Həmçinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Biləsuvar şəhər R.Əliyev adına 1 nömrəli Körpələr evi –Uşaq bağçasında da olub.

İdarə müdiri S. Mənsimli məktəbəqədər təhsil müəssisəsinin təlim-tərbiyə prossesi ilə yaxından tanış olub, tədris-pedaqoji sənədlərə,  davamiyyətə və cari məsələlərə baxış keçirib, müvafiq tövsiyə və tapşırıqlar verib.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan