» » » Ordenlər şəhid valideyinlərinə təqdim olundu


Ordenlər şəhid valideyinlərinə təqdim olundu

Vətən müharibəsində göstərdikləri rəşadətlərə görə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 25 iyun 2022-ci il tarixli sərəncamına əsasən təltif olunan biləsuvarlı igidlərin medalları ailələrinə təqdim olundu.

”Bilesuvarinfo” xəbər verir ki, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərin şəhid valideyinlərinə təqdimetmə mərasimi Biləsuvar Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Nağı Cəfərov və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçusu polkovnik Şükür Qafarov və şəhid ailələri iştirak edib.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu öz şücaətini bütün dünyaya göstərərək 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu möhtəşəm qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə xatırlayır:  “Biz xalqımıza bu qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.”

Digər çıxış edənlər bildirdilər ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.

Qeyd edək ki, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Prezidentin imzaladığı  sözügedən səzrəncama əsasən 3 - cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan, Biləsuvar rayonunundan olan  şəhidlər 7 nəfərdir.  Onlar : Əhmədli Elməddin Gülverən oğlu (çavuş), Xanalıyev Ziyəddin Ariz oğlu ( çavuş ), Qasımzadə Nicat Höccət oğlu (kiçik çavuş), Baloğlanlı Elşad Elşən oğlu (əsgər), İsayev Rahət Rafət oğlu(əsgər), Qənbərli Vüsal İlkin oğlu (əsgər) və Mirzəyev Sarvan Əli oğludur (əsgər)
mənbə :http://bilesuvar-ih.gov.az/.../veten-muharibesinde...
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR