» » » Şəhid Anar Qarazadə anılıb


Şəhid Anar Qarazadə anılıb

“Bilesuvarinfo ” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və əməkdaşları şəhid Anar  Qarazadənin şəhidlik zirvəsinə ucalmasının ildönümü ilə əlaqədar anım mərasimində iştirak edib.

Ziyarətdə partiya üzvləri şəhidin anası ilə görüşüb, övladının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar ona baş sağlığı verib. Daha sonra şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub. 

A. Qarazadənin vətən sevdalı gənc olmasından danışan doğmaları bildirmişdilər ki, o, 24 aprel 1996 - cı ildə Biləsuvar rayon Nərimankənd kəndində anadan olub. Həqiqi həbi xidmətini cəbhə bölgəsində göstərirdi. Azərbaycan Ordusunun əsgəri olan Anar Vidadi oğlu Qarazadə düşmənlə savaşda göstərdiyi  göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. 

Qeyd edək ki, Azərbaycan Ordusu 2014-cü ilin 1 - 3 avqust tarixləri arasında, düşmənin cəbhədə yaratdığı təxribatların qarşısın alarkən, döyüşlərdə şəhdətə yüksələn vətən oğullarından üç nəfəri Biləsuvarın Nərimankənd kəndindəndir. Onlardan biri Anardır.
Allah rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan