» » Aslan ürəkli Pəncəlinin ata ocağı Əzərüddə...- VIDEO


Aslan ürəkli Pəncəlinin ata ocağı Əzərüddə...- VIDEO


Biləsuvar rayonundan olan bir qrup ziyalı Astara rayonunda şəhid ailəsini  ziyarət edib. 

"Bilesuvarinfo" xəbər verir ki, şəhid gizir kəşfiyyatçı Pəncəli Teymurovun ailəsi ilə görüşdə  Ukrayna Respublikasının Krivoy Roq (şəhər)Azərbaycan diasporun sədri Kəmaləddin Ağayev, Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimi Taleh Cəfərbəyli, "Bilesuvarinfo" saytının redaktoru Surxay Şahbazov,  "ARB" Cənubun bölgə müxbiri Samir Qurbanov və rayondan olan sahibkar Ramil Əsgərov iştirak ediblər. 

VIDEO



Astaranın Əzərüd kəndində, şəhid Pəncəlinin doğulduğu ata ocağını ziyarət edən biləsuvarlı ziyarətçilər, Pəncəli tək qorxmaz, yenilməz qəhrəman yetişdirən, altı ildir şəhid atası olmağı ilə qürur duyan Nurməmməd kişinin yas mərasimində iştirak ediblər. Pəncəlinin ev muzeyini ziyarət edən qonaqlar   XTQ - nin  əfsanəvi kəşfiyyatçı giziri P. Teymurovun sonsuz Vətən sevgisindən,şərəfli və  nəsillərə örnək xidmət yolundan  söz açıblar. Şəhidin qardaşı Famil Teymurov ziyarətçilərə ailəsinə göstərdiyi diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhidin atası Nurməmməd Teymurov 29.07.2022-ci ildə əziyyət çəkdiyi xəstəlikdən haqq dünyasına qovuşub, bu günlər yas təziyyəsi keçirilir.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan