
“Bilesuvarinfo” xəbər verir ki, hadisə rayonun Bəydili kəndində baş verib.
Belə ki, həmin kənd sakini olan, 1963 – ci il təvəllüdlü Güləndam Babayeva marşurutdan düşərək yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub.
Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Biləsuvar RPŞ – də araşdırma aparılır.