» » "Nəsillərin görüşü" bu dəfə Biləsuvarda


"Nəsillərin görüşü" bu dəfə Biləsuvarda

Biləsuvar rayonunda veteran mədəniyyət işçiləri ilə görüş olub.

"Bilesuvarinfo"
xəbər verir ki, Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə açıq səma altında  keçirilən görüş axşam saatlarınadək davam edib.
Əlli nəfərdən çox təqaüddə olan veteran mədəniyyət işçisinin bir araya gəldiyi görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Biləsuvar Regional Mədəniyyət idarəsinin rəisi Əlisultan Sadıxov, rayon hüquq - mühafizə orqanlarının  rəhbərləri və  ziyalılar  iştirak edib.Tədbirdə Biləsuvar Regional Mədəniyyət idarəsinin rəisi Əlisultan Sadıxov çıxışında mədəniyyət sahəsinə göstərilən dövlət qayğısından söz açıb. Onu da bildirmişdir ki, bu  kimi tədbirlər  davamlı keçirilir. Əsas məqsədlərimizdən biri bu sahənin inkişafında zəhməti olan insanları hər vaxt diqqətdə saxlamaqdır.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Qürbətov mədəniyyət işçilərinə xoş arzularını çatdırdı. Keçirilən musiqi festivalında fərqlənən gənc xanəndələrə fəxri fərmanları təqdim etdi.Musiqili əyləncəli tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin nəzdində olan Biləsuvar, Salyan və Neftçala rayon Mədəniyyət mərkəzlərinin bədii özfəaliyyət dərnəklərinin musiqili kollektivi rəngarən musiqi nömrələri ilə çıxış edib.
Görüşdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadixovun  təşəbbüsü ilə "Nəsillərin görüşü" adlı tədbirlərin artıq ənənə halını aldığı bildirildi. Növbəti görüş Biləsuvarın
veteran mədəniyyət işcilərilə "Mədəni irsimiz: görülən işlər və xatirələr" mövzusunda olub. Görüşün  baş tutmasından  məmnun  qalan  veteran mədəniyyət işçiləri onlara göstərilən diqqətə görə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirdi.

Qeyd edək ki, musiqili tədbir 22 iyul Milli Mətbuat gününə təsadüf etdiyindən rayondan olan KİV nümayəndəri də tədbirə dəvət olunmuşdur.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR