» » Millət vəkili Bəhruz Məhərrəmov xəstəxanaya getdi.


Millət vəkili Bəhruz Məhərrəmov xəstəxanaya getdi.


bilesuvarinfo.az xəbər verir ki, deputatın Biləsuvara səfəri çərçivəsində dəyərli ziyalı, Azərbaycan Respublikasının "əməkdar həkim"i, ali kateqoriyalı cərrah, Fail Zöhrab oğlu Məmmədovu da iş yerində ziyarət etdi.
Biləsuvar rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışan Fail həkim Vətən Müharibəsi zamanı rəhbərlik etdiyi kollektivi ilə birlikdə  Xəstəxanaya gətirilmiş 600-dən artıq yaralı hərbçimizin sağlamlığına qovuşmasında müstəsna rol oynayıb. Fail Məmmədov eyni zamanda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun da həkimi olmuşdur. Təsadüfi deyil ki, Fail həkimin əmək fəaliyyəti ümummili liderimiz Heydər Əliyev tərəfindən dəyərləndirilmiş və ona Azərbaycan Respublikasının "əməkdar həkim"i fəxri adını məhz dahi lider layiq görmüşdür. Qocaman cərrahla deputatın söhbətimi xeyli çəkdi, göstərdiyi yüksək xidmətlərə görə ona özünün və seçicilərinin  adından təşəkkür etdi, böyük məmnuniyyətlə təklif və tövsiyyələrini dinlədi. Dediyinə görə seçici kimi o da deputatın fəaliyyətindən məmnundur. Deputat dedi ki, Ümid edirəm səmimi görüş uzun müddət hər ikimizin yaddaşında qalacaq. 

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR