- 27 aprel, 01:47
- 955 dəfə oxunub
- 0
Üç qardaş Vətən muharibəsində döyüşüb, biri şəhid olub
Biləsuvar rayonundan olan Talıbovlar ailəsi Vətən müharibəsinə 3 qəhrəman övladını göndərib.
"Biləsuvar info" xəbər verir ki, döyüşlərə qatılan qardaşların igidlikləri bu gün onları hamıya tanıdıb. Tarixi zəfərimizə öz şəhadəti ilə imza atan qardaşlardan biri- baş çavuş Talıblı Asifin dünən 28 yaşı tamam olub. Şəhidimizin doğum günü münasibətilə rayon içtimaiyyəti tərəfindən ata ocağı və məzarı ziyarət olunmuşdur.
Qeyd edək ki, sözügedən rayonun Zəhmətabad kəndindən olan Arif Talıbovun böyük oğlu Vasif kimi, Asif də Daxili Qoşunların tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi döyüşlərə qatılıb. Onlar qorxmazlığı, xüsusi bacarıqlarına görə komandanlıq tərəfindən Xüsusi Təyinatlı Dəstəyə qəbul edilmişdi. Kiçik oğlu Ziya isə vətənin dar günündə yenidən silaha sarılıb.
Qardaşların hər üçü cəbhənin əksər qaynar əməliyyat zonalarında döyüşüb. Asif oktyabrın 12-də Hadrut uğrunda gedən qanlı döyüşlərdə düşmən snayperindən açılan güllədən şəhid olub.
Özündən sonra 3 yaşlı qızı Ayan balanı bizlər üçün əmanət qoyub gedən A.Talıblı doğulduğu Zəhmətabad kənd qəbristanlığında dəfn olunub. 27 yaşlı qəhrəmanımız ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.