- 18 fevral, 12:22
- 560 dəfə oxunub
- 0
“Ronaldo Dağıstanda doğulsaydı…” – Həbibdən açıqlama
UFC çempionu Həbib Nurmaqamedov futbola olan münasibətini açıqlayıb.
Busaat.az xəbər verir ki, o, özünün İnstaqram səhifəsində bununla bağlı yazıb:
“Futbolu uşaqlıqdan sevirəm və həmişə futbolçu olmağı arzulamışam. Amma mən Dağıstanda doğulmuşam. Siz də bilirsiniz ki, burada prioritet nədir. Kim bilir, əgər Ronaldo Dağıstanda doğulsaydı, bəlkə o da UFC çempionu olardı… Yəni demək istəyirəm ki, futbol elə əsl idmandır. Mən isə təsadüfən döyüşçü olmuşam. Zarafat edirəm. Təsədüfən deyil”.