» » Parka həyat qayıdır


Parka həyat qayıdır

Biləsuvar şəhərində  əsaslı yenidənqurma işlərinə başlanılan itirahət parkında tikinti işləri yekunlaşdırılmaq üzrədir.

“Bilesuvarinfo” xəbər verir ki, mərkəzi park kimi adlandırlan ərazidə artıq yeni işıqlandırma sistemi də istismara verilib. Burada dağılmış səkilərin yenidən qurulması, yeni oturacaqların gətirilməsi və digər abadlıq işləri yenidən sakinlərin parka olan marağını artırıb.  
Qeyd edək ki, ərazi genişliyinə və yaşıllıq, ağac sayına görə rayonda bərabəri olmayan bu park yay fəslində sakinlərin istirahəti üçün önəmlidir. Parkda müxtəlif vaxlarda quruculuq işləri aparılsa da yenidən laqeyid münasibətin qurbanı olub.
Xüsusilə, 2006 - ci ildə tam olaraq müasir körkəmə gətirilən parkın ərazisində çox sayda ağaclar da yetişdirilib. 2011-ci ildən etibarən tamamilə unudulan park məhf olmaq həddinə gətirilmişdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR