» » Şəhid ailələri ilə görüşlər davamlı olacaq


Şəhid ailələri ilə görüşlər davamlı olacaq

Biləsuvarda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirildi.

“Bilesuvarinfo” xəbər verir ki, görüşdə Biləsuvar  Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri , idarə və təşkilat rəhbərləri iştirak edib.
Görüşdə şəhid ailələrinin problemləri rayon rəhbərliyi tərəfindən dinlənilib və əməli köməklik göstərilməsi istiqamətində müvafiq addımlar atılıb. Həmçinin şəhid valideyinləri tərəfindən irəli sürülən təkliflər dəyərləndirilmişdir.
Şəhid ailələri ilə keçirilən səmimi görüşün sonunda xatirə şəkli çəkilib. Şəhid ailələrinin iştirakı ilə Mərkəzi Parkda quraşdırılmış işıqlandırma sistemə işə salınıb.
Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətovun  tapşırıqlarına əsasən, 2022-ci il ərzində nəzərdə tutulan işlərə dair tədbirlər Planı hazırlanarkən il ərzində rayon aktivlərinin iştirakı ilə Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, veteranlarla görüşlərin əhatə dairəsi artırılıb.
 Görüşlərin məqsədi bu kateqoriyadan olan insanların həyat şəraiti, işguzar fəaliyyəti ilə yaxından tanış olmaq, onların qayğıları ilə maraqlanmaq, əməli köməkliklər göstərməkdir. Bu gündən start götürən ilk görüş Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə keçirilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR