» » Şəhidin həyat yoldaşı vəfat edib


Şəhidin həyat yoldaşı vəfat edib

 Qarabağ müharibəsi şəhidi İmanverdi Hüseynovun həyat yoldaşı Turə xanım haqq dünyasına qovuşub.

“Bilesuvarinfo” xəbər verir ki, 64 yaşlı Turə Abdulla qızı Bayramova Bakı şəhərində, xəstəxanaların birində ürək əməliyyatı zamanı vəfat edib.

T.Bayramova həyat yoldaşı birinci Qarabağ müharibəsində şəhid olduqdan sonra himayəsində qalan 4 azyaşlı - 3 oğul, 1 qız övladını böyüdüb boya-başa çatdırıb. Övladlarını  layiqli, vətənpərvərvər ruhda böyüdən Turə ana içtimai fəal xanım olmuşdur. Xeyiriyyəçılik fəaliyyəti ilə də məşğul olub.

Qeyd edək ki, Tura xanımın həyat yoldaşı, şəhid İmanverdi Tarıverdi oğlu Hüseynov 1958 – ci ildə Qazaxıstan Respublikasında anadan olub. 1964 – ci ildən ailəsi ilə Biləsuvar rayonunun Ağalıkən kəndində yaşamışdı. Qarabağ müharibəsi yenicə alovlananda torpaqlarımızın  müdafəsinə könüllü yollanıb.

Cəsur döyüşcü İ. Hüseynov 1991 – cilin oktyabırından uğurlu döyüş əməliyyatlarında iştirak edib. 1992 – ci ilin 27 iyulunda qanlı döyüşlərin birində itkin düşüb.

Allah rəhmət eləsin!.     
   
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR