» » Tanınmış məhkəmə sədri vəfat etdi


Tanınmış məhkəmə sədri vəfat etdi


"Biləsuvarinfo" xəbər verir ki,  Cəbrayıl Rayon Məhkəməsinin sədri Mehman   Nuriyev 63 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Nuriyev 1958-ci ildə Biləsuvar rayonunda anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib və həmin ildən də prokurorluq və məhkəmə orqanlarında müxtəlif vəzifələrdə işləyib.

O, Masallı  rayonun prokuroru,  Baş Prokurorluğunun Dövlət ittihamı idarəsinin prokuroru,  Şəki Rayon Məhkəməsinin sədri, Şirvan İnzibati-iqtisadi Məhkəməsinin sədri vəzilərini də daşıyıb. 2020-ci ildən Cəbrayıl Rayon Məhkəməsinin sədri vəzifəsində çalışırdı.

Son vaxtlar xərcəng xəstəliyindən müalicə alan Mehman müəllim dünən haqq dünyasına qovuşub. Ədalətli fəaliyyətilə minlərlə insanın  məhəbbətini qazanan Mehman müəllim bu gün 
rayon içtimaiyyətinin dərin ehtiramı ilə Biləsuvar şəhər qəbiristanlıqda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR