Azərbaycan Ordusunun baş giziri Ağayev Elman Ağamoğlan oğlu qəfildən dünyasın dəyişib.
" Biləsuvar.info" xəbər verir ki, dünən sakini olduğu Biləsuvar rayonuna, ailəsinə baş çəkməyə gələn gizirimiz bu gün evində olarkən qəfildən ürəktutmadan haqq dünyasına qovuşub.
Qeyd edək ki, 1979 təvəllüdlü baş gizir E. Ağayevin 22 il Vətənə xidmət yolu var. O, Aprel və Tovuz döyüşlərinin iştirakçısıdır. Vətən muharibəsində də şanlı döyüş yolu keçən qəhrəmanımız döyüşlərdə yaralanmışdır. "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.
Ailəli idi, 3 övladı var.
Allah rəhmət eləsin!.