» » Biləsuvarda "Təmiz Bolqarçay" adlı təmizlik marafonu başlayıb - FOTOLAR


Biləsuvarda "Təmiz Bolqarçay" adlı təmizlik marafonu başlayıb - FOTOLAR


Biləsuvar rayonunda "Təmiz Bolqarçay" adlı iki günlük təmizlik marafonuna start verilib. 


"bilesuvarinfo.az" xəbər verir ki, təmizlik marafonu "Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin təşəbbüsü  və Biləsuvar rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir. 


"Özümüz təmizləyək ki, bir daha çirkləndirməyək!" şüarı ilə başlayan  marafonun keçirilməsinin əsas məqsədi Biləsuvar  rayonunun mərkəzindən keçən Bolqarçayın təmizlənməsi və çay ətrafında yaşayan sakinlərin maarifləndirilməsidir. 


Təmizlik marafonuna bu gün saat 10:00-da start verilib və növbəti gün də davam edəcəkdir. 


Qeyd edək ki, marafonun davamı olaraq təşkilatın könüllüləri tərəfindən rayon ərazisində müəyyən edilmiş məkanlarda  ağacların əkilməsi də planlaşdırılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR