» » Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyi tərəfindən “Ənənəmİz” layihəsi həyata keçirilib - ŞƏKİLLƏR


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyi tərəfindən “Ənənəmİz” layihəsi həyata keçirilib - ŞƏKİLLƏR


   15.03.2021-ci il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyi tərəfindən “Ənənəmİz” layihəsi həyata keçirilib.
     Mərkəzimizin qonağı Biləsuvar rayonunun ziyalı yaşlılarından, “əmək igidliyinə görə” medalı ilə təltif olunan, gənclik illərində dövrün Komsomol komitəsində, müxtəlif təşkilatlarda fəaliyyət göstərən, hal- hazırda 70 yaşında olmağına baxmayaraq  aktiv sosial şəbəkə istifadəçisi olan, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən  Rüstəm Əliyev olub. Görüşdə   yaşlı nəslin nümayəndəsi  gənclərlə Novruz adət-ənənələri ilə bağlı xatirələrini paylaşdı,  özünün uşaq olduğu vaxtlarda bayrama necə hazırlaşdıqlarından, Novruz oyunlarından və ümumi Novruz ab-havasından danışıb.
     R.Əliyev  gənclərlə öz həyatı ilə bağlı maraqlı söhbətlər aparıb. Gənclik dəyərindən, gəncliyi necə daha mənalı və uğurlu keçməyin yollarından bəhs edib. O, bir yaşlı ziyalı kimi yekunda gənclərə gələcəkləri ilə bağlı məsləhətlərini və tövsiyələrini  də verib.
          Səbinə Hüseynzadə
          Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin direktoru 
 


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR