» » Cahadın festivalda uğurlu çıxışı


Cahadın festivalda uğurlu çıxışı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkənin  uşaq musiqi və incəsənət məktəbi şagirdlərinin muğam festivalı keçirilib. Festivalda biləsuvarlı məktəbli Cahad Qasımlının da çıxışı yüksək qiymətləndirilib.

“Bilesuvarinfo” ya bu haqda, Cahadın təhsil aldığı Biləsuvar rayon, Nihad Babayev adına Xırmandalı kənd uşaq incəsənət məktəbinin direktoru Akif Əskərov məlumat verib. O, bildirmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Şuşa rayonunun və digər bölgələrin uşaq musiqi və incəsənət məktəbi şagirdlərinin iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən muğam festivalı Qala konserti ilə yekunlaşıb. Festivalda məktəbimizin şagirdi Qasımlı Cahad Nizami oğlunun çıxışı yüksək qiymətləndirilərək, mükafatlandırılması bizi hədsiz sevindirib. 
Qeyd edək ki, Nihad  Babayev adına Xırmandalı kənd musiqi və incəsənət məktəbin 1 sinifin başa vuran C. Qasımlı parlaq istedadı ilə seçilir. Onu hələ, 7 yaşında olarkən “Lider” televiziyasında yayımlanan, “Sənin ulduzun” yarışmasında çıxışı şöhrətləndirib.

Zəhmətabad kəndində ziyalı aləsində böyüyən 2013 – ci il təvəllüdlü Qasımlı Cahad Nizami oğlu  Biləsuvar şəhər, Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbin 3 –ci sinifini də uğurla başa vurub. Əlaçı şagirddir. 

Cahadın fərqli istedadı, musiqi duyumu iptidai sinif müəllimi Dilarə Əzizovanın diqqətini çəkib. Onun formalaşmasında dəstək olub, qısa müddətdə balaca Cahad keçirilən tədbirlər, konsertlər öz şirin, məlahətli səsi ilə rövlənqləndirib. İlk dərsini milli musiqimizin  peşəkar ustad sənətkarlarımızdan  Ağaverən Məmiyevdən alan Cahad hazırda təhsil aldığı musiqi məktəbinin müəllimi Əlikram Gənciyevdən müsiqi sənətinin dərinliklərini həvəslə öyrənir.

Cahad Azəbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Vətən yaxşıdır” adlı onlayn respublika mahnı müsabiqəsinin bəstəkar mahnıları nominasiyasında ( 7 - 14  yaşlı qrupupda)  1 - ci yerə sahib çıxıb. Nazirliyin Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin “Zəfər Günü”nə həsr etdiyi “Zəfər Dastanı” onlayn respublika şeir və mahnı müsabiqəsinin mahnı nominasiyasında isə yaşıdları arasında 2-ci yeri tutub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan