» » Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə Biləsuvarda görüş oldu


Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə Biləsuvarda görüş oldu

Biləsuvarda Sumqayıt Dövlət Universitetinin (SDU) 60 illiyi  münasibətilə universitetin rayondan olan məzunları və təhsil ictimaiyyəti ilə görüş keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə gerçəkləşən görüşdə SDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev, Universitetin Karyera mərkəzinin müdiri  Əmirxan İsayev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Əli Rzazadə iştirak edib.
Görüş öncəsi torpaqlarımzın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 
Mərasimi giriş sözü ilə açan Şirvan - Salyan Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimli Universitetin bu il qeyd olunan 60 illik yubileyi münasibətilə kollektivi təbrik edib. Natiq SDU-nun zəngin ənənələrə malik elmi-pedaqoji fəaliyyətindən danışaraq, ölkəmizin hər yerindən olduğu kimi Biləsuvardan da hər il neçə-neçə məzunun qəbul imtahanlarında məhz bu təhsil ocağını seçməsini sevindirici hal kimi qeyd etdi. 
Daha sonra SDU-nun HİK-in sədri, dosent Nemət İbayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Nemət müəllim SDU-nun ötən 60 ildə keçdiyi tarixi inkişaf yolundan danışıb: "1962-ci ildən  əsası qoyulan SDU əvvəllər Neft Kimya institutunun filialı kimi fəaliyyətə başlayıb və bu minvalla 30 il filal kimi fəaliyyət   göstərib. Həmin illərdə metallurqlar, inşaatçılar, energetiklər, kimyaçılar şəhəri kimi tanınan, inkişaf və tərəqqi edən böyük kimyanı yaradan, ölkəmizdə və keçmiş SSRİ-də kimyanın flaqmanı olan Sumqayıtda fəaliyyət göstərən bu nəhəng təhsil ocağında  ixtisaslar da mövcud sənaye profilinə uyğunlaşdırılmışdı.  İllər ötdükcə təhsil ocağının yenilənməsi ilə yüksək təhsil infrastrukturunun yaradılması , dahi şəxsiyyət Heydər Əliyevin  əzəmətini, qoyub getdiyi tarixi irsin, ideyaların yüksək dəyərini daha dərindən anlayırıq.
Mərasimdə SDU - nun Karyera mərkəzinin müdiri, dosent Əmirxan İsayev və dosent,  yazıçı-publisist Əli Rzazadə çıxışlarında qeyd edib ki, Universitet fəaliyyət göstərdiyi bütün dövrlərdə yalnız Azərbaycanın deyil, həm də keçmiş Sovetlər Birliyinin, eləcə də bir sıra xarici ölkələrin sənaye müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin edib, ölkəmizin intellektual potensialının inkişafına dəyərli töhfələr verib. 
 Universitetin  fəaliyyəti sonrakı zamanlar üçün böyük önəm kəsb etməklə, hazırda ölkəmizə savadlı kadrlar bəxş etmək baxımından əhəmiyyətli mövqeyini qoruyub saxlayır. Bundan sonra da peşəkar kadrların, ixtisaslı mütəxəssislərin hazırlığında zəngin təcrübəyə malik universitetimizə bölgələrdən orta məktəb məzunlarının axınının  artmasında  maraq göstərməliyik.

Böyük maraqla dinlənilən görüşdə  Biləsuvar ziyalıları, eləcə də, SDU-nun müxtəlif illərdə məzunu olmuş rayonun təhsil işçiləri çıxış edib, universitetin çox minli kollektivini yubiley münasibətilə təbrik ediblər. SDU-da təhsil aldıqları illərlə bağlı xoş xatirələrdən məmnunluqla söhbət açıblar. 
Sonda universitetin fəaliyyətindən və qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olundu. Sumqayıt Dövlət  Universiteti adından universitetin bir qrup keçmiş məzununa hədiyyələr, eləcə də  yazıçı Əli Rzazadənin yeni işıq üzü görmüş kitabı  təqdim olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR