» Təhsilə həsr olunan layihə növbəti mərhələdə


Təhsilə həsr olunan layihə növbəti mərhələdə

"Müəllimlərin peşəkar inkişafının artırılması ilə istedadlı şagirdlərin fənn olimpiadalarına hazırlaşdırılması" layihəsi Biləsuvar  rayonunda uğurla həyata keçirilir.

Bu məqsədlə layihənin növbəti - təlimlər mərhələsinə Biləsuvar texniki fənlər təmayüllü internat tipli  Məktəb-Liseyində  başlanılıb. Liseyin dirüktoru, layihənin rəhbəri olan Mehman Əliyev "Bilesuvarinfoya"  verdiyi məlumata görə, layihənin  məqsədi məktəb üzrə müəllimlərin peşəkar inkişafının artırılması ilə istedadlı şagirdlərin fənn olimpiadalarına hazırlaşdırılması üçün hazırlıq qruplarının təşkilindən ibarətdir.

Layihənin icrasına uyğun olaraq təlimlər mərhələsinə start verilib.  Təlimlər başlamazdan öncə müəyyən olunmuş kriteriyalar üzrə Azərbaycan dili və ədəbiyyat və riyaziyyat fənləri üzrə 2 müəllim, fizika, kimya, biologiya, coğrafiya, tarix və informatika fənlərindən isə 1 müəllim olmaqla yekunda 10 nəfər müəllim seçilib.

Təlimlər layihəyə cəlb olunmuş həm ekspert, həm təlimçilər Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi ilə əməkdaşlıq ilə təşkil olunub. Bu cür əməkdaşlıq layihənin həm gedişatının, həm də təlimlərin təşkilinə öz müsbət təsirini göstərəcəkdir. Təlimin mövzuları - fənn üzrə olimpiada suallarının (açıq və qapalı) hazırlanması metodu, müəllimlərin olimpiada mövzuları üzrə araşdırma bacarıqlarının inkişafı, şagirdlərdə fənn üzrə mövzulara uyğun yazı bacarıqlarının formalaşdırılması və distant təhsilin təşkili ilə bağlı bacarıqların inkişaf etdirilməsidir. 

Eyni zamanda layihənin növbəti mərhələsində olimpiada dərslərinin təşkili üçün 8-9-10-11-ci siniflər üzrə diaqnostik imtahan təşkili olunacaqdır. Bu imtahan məktəbin müvafiq sinifləri üzrə istedadlı uşaqlar üzə çıxmasına yardımçı olacaqdır.

Daha sonra olimpiada dərslərinin təşkili 3 ay ərzində məktəbin seçilmiş və təlimatlandırılmış müəllimləri tərəfindən aparılacaqdır. Bu 3 ay ərzində 10 nəfər 8 fənn müəllimi 2 yaş qrupu üçün (64 nəfər) intensiv dərslər təşkil edəcəklər.
 
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

Tural Nəsirov

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR