» » O, 65 il fasiləsiz xalqına xidmət göstərib


O, 65 il fasiləsiz xalqına xidmət göstərib

87 yaşlı Tapdıq kişini Biləsuvarda çoxları tanıyır. Xüsusilə yaşlı nəsil onun yaxın keçmişindən, əmək cəbhəsində göstərdiyi hünərlərə daha yaxından bələddir. Gənc yaşlarından mayası zəhmətlə yoğrulub onun. Bütün fəaliyyətində, yorlulmadan birincilik uğurunda çalışıb bu insan. Həmişə də fəaliyyəti qabaqcıllar sırasında nümunə göstərilib. İndi, ömrünün ahıl yaşında belə, dinc dayanmaq istəmir, qəlbində qurub - yaratmaq eşqi var. Bəzən gənclərin özlərini zəhmətə alışdırmaq istəmədiyini görəndə, təəssüflənir, keçmişini, min bir zəhmətlə keçən gəncliyini yada salıb, bu günün firavanlığına, min şükür etmək lazımdır - deyir.

 Onunla söhbət maraqlı idi. Görüş ünvanımız da onun illər öncə öz əlləriylə , alın təri ilə tikib qurduğu Biləsuvar şəhərindəki doğma evində baş tutdu. Qanlı-qadalı müharibə( Böyük Vətən Müharibəsi) dövrlərinə təsadüf edən uşaq və gəncliyimiz hansı çətinliklərlə rastlaşmayıb ki?. Bir ovuc buğdaya sahib çıxmaq, çoxlarının həyat mücadiləsi olub – deyir: “Ailəmizin ehtiyacları böyük idi, Bəydili kəndində orta məktəbi bitirəndə bacardığım iş mal - qaranı otarmaq olduğundan Promxorun (TTİİ-də) yardımçı təsərrüfatında fəhlə - çoban kimi əmək fəaliyyətinə (1947 –ci ildən) başladım. 1952-ci ildə Keçmiş Mexaniki Suvarma İdarəsində ilk işim ekskovator sürücüsünə köməkçi sonra sürücü kimi işləməyə başlamışam və beləcə 60 il bu sahədə fasiləsiz nümünəvi xidmət göstərdim.”
 1954 - ci ildən, indiki Suvarma Sistemləri İdarəsinin ekskovator sürcüsü olan Tapdıq kişi nümunəvi fəaliyyəti ilə hər zaman seçilib. Fəaliyyətilə bağlı qarşıya qoyulan plan və tapşırıqları daima vaxtından əvvəl yerinə yetidiyinə görə çoxsaylı orden və medallar, Fəxri fərmanlarla təltif olunub. 2011-ci ildən təqaüddə olan Tapdıq kişi deyir ki, Ulu öndərimiz Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra, o dövrlər əməyimizə diqqət artırıldı. Sanki bu sahədə bir canlanma başladı . İşimizə həvəsimiz birə beş artdı. Mənim kimi qabaqcıl təsərrüfat adamlarına mükafatlar, layiq olduğu təltiflər verildi. 1986 – cı ildə “Qırmızı Əmək Bayrağı” ordeninə, 1978-ci ildə 3-cü dərəcəli “Əmək Şöhrəti Ordeni”nə də layıq görülmüşəm. Elə o zamanlardan Heydər Əliyev eşqi ilə yaşayıb, çalışırdıq desəm heç də yanılmaram. Hətta deyim ki, o vaxtlar "geroy" deyərdilər ,"Əmək qəhrəmanı" adı da alacaqdım, nümunəvi işlərimə görə. Növbədə idim, bəzi səbəblər üzündən gecikdi ala bilmədim. Heç şübhəsiz ki, ki, mənim keçmiş xidmətlərim haqqında 64 illik qüsursuz əmək fəaliyyətim barədə bizim əziz Prezidentimizə vaxtında məlumat verilsəydi, indi "Əmək qəhrəmanı " adını da alacaqdım. Amma əmək veteranıyam. 

Qeyd edək 1935 –ci il təvəllüdlü Əhmədov Tapdıq Abdulla oğlu Biləsuvar şəhərində doğulub. Ömür gün yoldaşı Telli xanımla əl-ələ verib 5 qız, 4 oğul böyüdərək dövlətə layiqli vətəndaşlar kimi tərbiyə edib. 

O, “Bilesuvarinfo”ya keçmiş zəngin əmək fəaliyyətindən söhbət açarkən , çalışdığı məhsuldar illərlə bağlı heç olmasa ahıl yaşında zəhmətinə dürüst qiymətin verilməsini də aidyyəti qurumlardan xahiş edib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR