» » » 15 illik fasilədən sonra, qazılması yenə yubanır.. .


15 illik fasilədən sonra, qazılması yenə yubanır.. .

Uzun illər fasiləsindən sonra, 2021- ci ildə təmizlənilməsi yarımçıq buraxılan şor kollektoruna sahib çıxan tapılmır. 

“Bilesuvarinfo”ya bu haqda danışan sakinlərin sözlərinə görə, Biləsuvar şəhərindən də keçən şor kollektorunun qazılması sonuncu dəfə 2007 - ci ildə olub.  Kollektorun təmizlənilməsi ilə bağlı təkrar müraciətlərimiz, həmçinin kollektorda baş verən yanğının kollektora bitşik ərazisində olan qəbiristanlığa keçməsi, nəhayyət əlaqədar qurumları hərəkətə gətirdi. Qəbristanlıq ətrafı qismən qazıldı (məzarların kollektorun qorunma zolağında olması səbəbindən). 2021 - ci ilin oktyabırından Biləsuvar şəhərinin cənub istiqamətində  qazılan şor kollektorunun əsaslı təmizlənilməsinə başlanılır, ancaq iş sonacan tamamlanmır. Şəhər mərkəzi istiqamətində 1 kilometirdən artıq məsafədə kollektor təmizlənilmir. Artıq üstündən 7 aya yaxın zaman keçməsinə baxmayaraq (ötən ilin dekabırında iş dayandırılıb), hələ də bu işlə maraqlanan yoxdur.
 Yanğın olan ərazidə hazırkı mənzərə

Məsələ ilə bağlı əlaqədar qurumların münasibətini öyrənməyə çalışdıq. İmişli Kollektorlar İdarəsinin Biləsuvar rayonu üzrə nümayəndəsi Fəttah müəllim bu haqda danışarkən bildirdi ki, işlərin görülməsi layihə üzrə həyata keçirilir. Keçirilən tenderin nəticələrinə müvafiq olaraq, yaxın vaxtlarda kollektorun təmizlənilməsi davam etdirilərək,  iş tamamlanacaq.
Qeyd edək  ki, qaydalara əsasən əkin torpaqlarının şoranlaşmasının qarşısın alınması, qurunt sularının axıdılması üçün nəzərdə tutulan şor kollektorları ən azı 5 ildən sonra təmizlənilməlidir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi