» » İcra başçısı Faiq Qürbətov uzunömürlü Kübra Kazımovanı ziyarət etdi


İcra başçısı Faiq Qürbətov uzunömürlü Kübra Kazımovanı ziyarət etdi


Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı  rayonda yaşayan  uzunömürlü sakinlə görüşüb.

"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ağayrı kəndində yaşayan  rayonun ən uzunömürlü sakinlərindən olan kənd sakini, 101  yaşlı Kazımova Kübra Cavad  qızını ziyarət edib. 
Səmimi görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Kübra nənənin səhətti ilə maraqlandı və ona can sağlığı diləyərək xoş arzularını çatdırdı.

Görüş zamanı Kübra nənə öz keçmiş xatirələrindən, uzunömürlüyün sirlərindən danışdı. 

4 övlad, 15 nəvə, 22 nəticə və 1 kötücə sahibi  olan Kübra  nənə  ona göstərilən diqqət və qayğı üçün öz minnətdarlığını bildirdi və ağbirçək xeyir-dualarını çatdırıb.
http://bilesuvar-ih.gov.az/news/1158.html
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan