» » Daha üç kənddə işıqlar sönməyəcək


Daha üç kənddə işıqlar sönməyəcək

Biləsuvar rayonunda, əhalinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təminatında görülən  işlər davam etdirilir.

“Bilesuvarinfo” xəbər verir ki, rayonun Amankənd, Təzəkənd və Dərvişli kəndlərinin elektrik enerjisi təsərrüfatında aparılan əsaslı yenidənqurma işləri, bu kəndlərdə  ümumilikdə  1232 abonentin elektrik enerjisi ilə təminatı  yaxşılaşdırılmasına imkan verəcək.
Belə ki, hazırda görülməkdə olan işlər: 19 ədəd komplekt transformator məntəqəsi quraşdırılması və 36 km 10 kV-luq, 65 km 0,4 kV-luq elektrik xətlərinin yenisi ilə əvəzlənilməsi göstərilir.

Qeyd edək ki, sakinlərin sözlərinə görə, bu kəndlərdə işıq təsərrüfatının istismara yarasızlığı, xüsusilə küləkli havalarda elektrik elekrtik enerjisinin verilməsində bəzən  uzunmüddətli fasilələrə də gətirir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR