» » Kəndləri birləşdirən yeni yolun tikintisi tamamlanır


Kəndləri birləşdirən yeni yolun tikintisi tamamlanır

Biləsuvar rayonunda  bir çox infrastruktur layihələri uğurla  icra edilir. 

“Bilesuvrinfo” xəbər verir ki,  Biləsuvar Rayon İcra Hakimiyyətindən bu haqada verilən açıqlamada icrasına bu il başlanılmış 11 km uzunluğunda kəndlərarası yeni asfalt yol yolun tikintisi işləri də sürətlə davam etdirilir.

Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili kəndlərini birləşdirən   Yolun üzərində uzunluğu 12 metr, eni isə 9 metr olan körpü quraşdırılır, həmçinin 25 metr uzunluğunda əlavə suötürücü qurğu və 62 yerdə beton borulardan ibarət suötürücü keçidlər inşa edilir.

Hazırda   20 minə yaxın əhalinin yaşadığı Əliabad, Xırmandalı və Bəydili kəndlərini əhatə edən avtomobil yoluna qum-çınqıl döşənir və yolun kipləşdirilməsi aparılır. 3 kənddən keçərək Ələt-Astara magistral dairəvi yolu ilə birləşəcək yola yaxın zamanlarda asfalt beton örtük çəkiləcəkdir. 

Qeyd edək ki, bu yol istifadəyə verilməsilə, həmin kəndlərdə  yaşayan əhalinin  Ələt-Astara magistral yoluna çıxışı da xeyli yaxınlaşacaq.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan