» » Novruz milli birlik və özünə inam bayramıdır


Novruz milli birlik və özünə inam bayramıdır


Şərq xalqları içərisində yayılmış ən qədim tarixə malik olan bayramlardan biri Novruz bayramıdır. Xalqımız bu bayramı hər il mart ayının 20-21-də keçirir. 

Novruz dəyərləri sivilizasiyanın başlanğıc mərhələlərindən soraq verir. Novruz Şərqin qədim yaz bayramlarından biri kimi xalqımızın təbiət hadisələri barədə əski görüşlərini, onun erkən əmək və məişət həyatını əks etdirməkdədir. Bunları təsdiq edən əsaslı və mühüm faktlar isə təbii ki, Azərbaycan xalqı içərisində bayrama məxsus adət və ənənələr, inanclar, dünyanın yaranışı və yüksəlişi ilə bağlı məlum dörd müqəddəs ünsür - Su, Od, Yel və Torpaqla bağlı etiqadlar, eləcə də bayram məcmusunun tam və pozulmaz qəlblərdə - yetkin formatda xalq içərisində yaşamaqda olan el variantıdır.Bu bayram  dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı kimi səciyyələnir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bir sözlə təbiət canlanır. 

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” deyə qeyd etmişdi.Ulu Öndərimiz Heydər Əliyevin zamanında dedikləri artıq reallıqdır. Məhz Onun müyyənləşdirdi siyasi kursu uğurla davam etdirən cənab Prezdent İlham Əliyevin bütün sahələrdə,o cümlədən ordu quruculuğunda apardığı ardıcıl siyasət,xalq-iqtidar birliyi milli arzu və isdəklərimizi 44 günlük Vətən müharibəsi nəticəsində reallaşdırıldı.Torpaqlarımız işğaldan azad edildi,ərazi bütövlüyümüz təmin olundu və xalqımızın zədələnmiş milli qururu bərpa edildi.Xalqımız digər tədbirlərlə yanaşı milli bayramımızı,o cümlədən Novruz bayramını Şuşada və digər işğaldan azad olunmuş ərazilərdə qeyd edilir.Artıq ikinci Novruz tonqalları işğaldan azad edilmiş ərazilərdə qalanır.Əminəm ki,bir daha Vətənimizin heç bir yerində Novruz tonqalları sönməyəcək.İlbəil bu tonqaların sayı artacaq və alovu daha yüksəklərə ucalacaq.

Azərbaycan xalqı artıq əvvəlki sevincinə, xoşbəxtliyinə qayıdır. Bizə bu anları, bu bayram sevincini yaşadan Cənab Prezident İlham Əliyevə, bütün şəhid ailələrinə, qazilərimizə, müzəffər ordumuza, bütövlükdə dəmir yumruq olmuş Azərbaycan xalqına, qəlbən MƏN AZƏRBAYCANLIYAM deyən hərkəsə dərin minnətdarlıq bildirirəm.

  Samir Ağayev 
  YAP Biləsuvar rayon təşkilatının məsul əməkdaşı 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR