» » Biləsuvarda 4 minə yaxın əhalisi olan kənddə içməli su problemi yaranıb - FOTO


Biləsuvarda 4 minə yaxın əhalisi olan kənddə içməli su problemi yaranıb - FOTO


Biləsuvarın Nəsimikənd kəndində içməli su problemi yaranıb.

"Bilesuvarinfo" xəbər verir ki, bu barədə "Report"un Muğan bürosuna sözügedən kəndin sakinləri məlumat veriblər.


Kənd sakinləri bildiriblər ki, Cənubi Muğan kanalının kənd ərazisindən keçən hissəsində su olsa da, əhali bu sudan yalnız kənd təsərrüfatı sahələrində, mal-qaranın suvarılmasında və texniki məqsədlər üçün istifadə edir:


"Bizim kəndimizin ərazisindən Cənubi Muğan kanalı keçsə də biz bu kanalın suyunda içməli su kimi istifadə edə bilmirik. Çünki, kanalın keçdiyi ərəzilərdə yerli əhali məişət tullantılarını kanala atdığı üçün çirklənmə həddindən artıq çoxdur".
Əhalisi 4 000-ə yaxın olan kəndin sakinləri içməli suyu yalnız marketlərdən və həftədə bir dəfə kəndə gələn su maşınlarından ödəniş etməklə alırlar.


Problem ilə əlaqədar olaraq, Biləsuvar Su Kanalı Sahəsinin rəisi Zaur Məmmədov "Report"un yerli bürosuna bildirib ki, əhalini içməli su ilə təmin etmək məqsədi ilə müasir standartlara cavab verən modul tipli su qurğusu quraşdırılıb:
"Həmin məntəqədən kənd ərazisini içməli su ilə təmin etmək məqsədi ilə 22 bulaq inşa edilib. Konkret olaraq Cənubi-Muğan kanalından kəndə verilən suya gəldikdə isə həmin sudan əsasən əhali milorativ məqsədlərlə istifadə edə bilər. Hazırda kənd sakinlər gün ərzində 12 saat fasiləsiz içməli su ilə təmin edilir".

XƏBƏRLƏR ŞÖBƏSİ 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR