» » Yoluna qoyulan yollar


Yoluna qoyulan yollar

Gedənin dalınca danışmazlar - desələr də sabiq başçı Mahir müəllimi bu yol məsələsində nədənsə xatırlamalı oldum. 
... 2018-ci ildə yaşadığımız küçənin (Q.Qarayev) yolunun bərbad vəziyyətdə olması barəsində Biləsuvar Rayon İcra Hakimiyyətinə məktub da yazıb düzəldilməsini xahiş etmişdik. “Ağ ev”in cavabdan məlum oldu ki, vəsait yoxdur, müraciətimizin icrası Biləsuvar Bələdiyyəsinə tapşırılmışdır. Bələdiyyə də ənənəvi olaraq “vergi borcunuzu verin, həmin pulla yolunuzu düzəldək ” deməklə işini yekunlaşdırdı. Vəsaitin yoxluğunu elan edib, cəkildi bir  qırağa .. . 
Son bir ildə Biləsuvar şəhərinin ərazisində yolların yenidən qurulması istiqamətində görülən  işlərə nəzər saldıqda aydın olur ki, yolların təmirinə bəs edəcək qədər dövlət vəsaiti ayrılırmış. Artıq, deyərdik əksər küçələrdə  sakinlər öz yolunun narahat olmasını düşünmür,  heç bələdiyyəni də bu kimi işlərdə arayan yoxdur. Nəhayyət, büdcədən ayrılan vəsait “yolsuzluqda” deyil, yol problemini yoluna qoymaqdadır.
  Bu ötən  dövrdə  yolların əksəriyyətini rahat görkəmə gətirmək mümkün olub. Hazırda da bu istiqamətdə işlərin davam etdirilməsi yaxın vaxtlarda Biləsuvar şəhərndə narahat küçə yolunun qalmayacağını deməyə əsas verir. 
Biləsuvar Rayon İcra Hakimiyyətini tərəfindən verilən açıqlamada Biləsuvar şəhəri ərazisində yolların təmir-tikinti istiqamətində görülən işlərə aydınlıq gətirilmişdir:
Biləsuvar şəhərində 90-cı illərin əvvəllərində salınmış yaşayış məntəqələrində bu günədək heç bir təmir və tikinti aparılmadan istismar olunan yollarda vəziyyət həmişə acınacaqlı olmuşdur. Əsasən payız-qış aylarında istər əhalinin gediş-gəlişində, istərsə də nəqliyyatın hərəkətində çox böyük çətinliklər yaranırdı.Yaranan yol problemini aradan qaldırmaq üçün  ötən ilin sentyabr ayının əvvəllərində 10 min nəfərdən çox əhalinin məskunlaşdığı Təyyarə Meydanı adlanan ərazidə Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən əksər küçələr hamarlanaraq qum - çınqıl qarışığı ilə əsaslı təmir olunmuşdur.
Biləsuvar rayon İcra Hakimiyyəti ötən il görülən işlərin davamı olaraq bu ilin noyabr ayından yenidən yolların təmiri və bərpası işlərinə başlamışdır. Hazırda şəhərin müxtəlif istiqamətlərindəki yaşayış məhəllələrində yerləşən  53 küçədə ümumi uzunluğu 21.5 kilometr yolun təmirinin qısa vaxt ərzində başa çatdırılması nəzərdə tutulub. Aparılan işləri çərçivəsində küçələr qreyderlər vasitəsilə hamarlanır, kipləşdirmə işləri görülüb, küçələr profilə salınır və hazır vəziyyətə gətiriləndən sonra yollara qum-çınqıl qarışığı tökülərək yenidən kipləşdirilir.Yol təmiri işləri əsasən şəhərin PMK-19, Aqrolizinq, Biləsuvar-İran İslam Respublikası magistral avtomobil yolu istiqamətində olan yaşayış massivlərini və Təyyarə Meydanı adlanan ərazinin qalan hissəsini əhatə edir.
Bundan əlavə olaraq yol tikintisi çərçivəsində görülən işlərin tərkib hissəsi olaraq şəhərin Ş. Qurbanov, M.Müşfiq, C. Cabbarlı, T.İsmayılov, 28 may, 8 mart və S.Əsgərova küçələrində ümumi uzunluğu 3.3 km olan asfalt-beton örtüyünün döşənməsi işləri görüləcəkdir.
Təmiri aparılan və nəzərdə tutulan küçələr rayonda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına və avtomobillərin hərəkətinin daha da asanlaşmasına gətirib çıxaracaqdır.Görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanır.Hazırda işlər sürətlə davam etdirilir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq  növbəti illərdə də təmiri və tikintisi nəzərdə tutulan digər küçə və yollarda işlərin aparılması nəzərdə tutulur.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan