25 şəhid ailəsinə medallar təqdim olundu » Yerli İnformasiya Agentliyi
» » 25 şəhid ailəsinə medallar təqdim olundu

25 şəhid ailəsinə medallar təqdim olundu


 Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş bir qrup biləsuvarlı  igidlərin  medalları ailələrinə təqdim olunub.

"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən təqdimat mərasimində  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə  orqanlarının  rəhbərləri və şəhid ailələri iştirak edib. 

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı  Faiq Qürbətov əhatəli çıxışında  bildirmişdir ki, 44 günlük Vətən Müharibəsində  Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu öz şücaətini bütün dünyaya göstərərək  30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi.  Döyüşlərdə Azərbaycan Ordusunun peşəkarlığı dünyanın müxtəlif ölkələrinin hərbi ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Tədbirdə qeyd olunub ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Daha sonra Azərbaycan Respublikasının  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan 25 şəhidin medallar ailələrinə  təqdim olundu.

Təqdimat mərasimində çıxış edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə  öz minnətdarlıqlarını bildirmişlər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

torpaq