Adil Kərimli Biləsuvarda qəbul keçirib » Yerli İnformasiya Agentliyi
» » Adil Kərimli Biləsuvarda qəbul keçirib


Adil Kərimli Biləsuvarda qəbul keçirib

Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların  vətəndaşların müraciətlərini dinləyib.

“Bilesuvarinfo” xəbər verir ki, qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Biləsuvar şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib, mərkəzdə yaradılan şəraitlə tanışlıq olub.
 
Qəbulda Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından ümumilikdə 48 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, fəxri adın verilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflərdən ibarət olub. 

Görüşdə hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR