» » Əsgərabad kəndində yeni park salınır


Əsgərabad kəndində yeni park salınır

"Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama uyğun olaraq Biləsuvar rayonunda da bir sıra tədbirlər həyata keçirilir.

“Bilesuvarinfo” xəbər verir ki, bu istiqamətdə Biləsuvar rayonunun Əsgərabad kəndində Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar Heydər Əliyev adına park salınır. Bu məqsədlə Biləsuvar Rayon İcra Hakimiyyətinin və Əsgərabad bələdiyyəsinin təşkilatçılığı ilə Ulu Öndər heydər Əliyevin adını daşıyan yeni parkda əvvəlcə torpaq hissəsinin hamarlanması işləri aparılıb, ağacların mühafizəsi məqsədilə hasarlar çəkilib. 

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayonun şəhər və kənd bələdiyyələri, Əsgərabad kəndindən olan şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi iməclikdə bu parkda 200 ədəddən çox şam və xan çinarı ağacları əkərək suvarmışlar.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR